AZ

Leonid Slutski: Azərbaycan İlham Əliyev qeyri-mümkün kimi görünən məsələni həll edə bildi – Qarabağ evinə qayıtdı

Azərbaycan Prezidenti İlham Əliyev qeyri-mümkün kimi görünən məsələni həll edə bildi – Qarabağ evinə qayıtdı.

Bunu Trend BİA, CBC kanalı və AzTV dövlət televiziyasına müsahibəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski deyib.

“İlham Əliyev doğrudan da tarixi şəxsiyyətdir. O, bizim üçün nəinki ən etibarlı tərəfdaş, nəinki Azərbaycanın lideri, o, eyni zamanda, qeyri-mümkün kimi görünən məsələni həll edə bildi – Qarabağ evinə qayıtdı. İndi isə Azərbaycanın mədəniyyət paytaxtı, məşhur, əfsanəvi şəhər olan Şuşada olaraq fəxrlə deyə bilərik ki, Qarabağ Azərbaycandır!”, – deyə L.Slutski bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin sayəsində Azərbaycan bir çox problemlərin öhdəsindən gəlib.

“Yoxsulluqla mübarizə proqramı uğurla həyata keçirilib, Azərbaycan çoxdan enerji baxımından da müstəqil dövlətə çevrilib, həm Bakı Humanitar Forumunun, həm də Birinci Avropa Oyunlarının paytaxtı oldu. Bundan əlavə, Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən çoxlu humanitar layihələr həyata keçirilir, hər bir Azərbaycan ailəsinin rifahına yönəlmiş həm iqtisadi, həm humanitar sosial siyasət proqramları həyata keçirilir”, – deyə o bildirib.

Şuşada deputatın sözlərinə görə, o, xüsusi hisslər yaşayıb. “Burada, qarşıdakı illərdə bir çox nadir, o cümlədən elm tutumlu layihələr həyata keçiriləcək ki, bu da bu gün hələ də olduqca fantastik görünür. Burada minlərlə yeni iş yeri açılacaq. Qarabağ torpağı isə Azərbaycanın tərkib hissəsi kimi tarixən həmişə olduğu kimi yenidən bərəkətli olacaq. İnsanlar bura axın edəcək. Və təbii ki, Azərbaycanın mədəniyyət paytaxtında, Şuşada olarkən deməliyəm ki, mən çox xüsusi hisslər ya.ayıram. Azərbaycanın bir çox mədəniyyət xadimlərinin həyatı Şuşa ilə bağlıdır. Ölkənin tarixi onlarla bağlıdır. Mənim kimi qəlbində, ruhunda Azərbaycanla yaşayanlar, həqiqətən də, Azərbaycanı hansısa başqa ölkə ilə deyil, bir müddət əvvəl həmin Azərbaycanla müqayisə edə bilər, Azərbaycan torpağında, bizə qardaş olan, Azərbaycan torpağında necə bənzərsiz dəyişikliklərin baş verdiyini görə bilər”, – deyə o əlavə edib.

Seçilən
4
3
editor.az

4Mənbələr