EN

Helikopter qəzası baş verib

Kolumbiyanın şərqində "Huey II" helikopterinin qəzaya uğraması nəticəsində ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) səkkiz üzvü həlak olub.

Bakuinfo.net xəbər verir ki, bu barədə respublika prezidenti Qustavo Petro özünün "X" hesabında məlumat yayıb.

"Humanitar missiya ilə Viçada departamentində olan HHQ-nin səkkiz əməkdaşının həlak olduğunu elan etməkdən təəssüflənirəm. Ölkə üçün bu kədərli anda onların ailələri ilə həmrəy olduğumu bildirirəm", - o yazıb.

Kolumbiya HHQ qəza nəticəsində təyyarədə olan bütün personalın həlak olduğunu təsdiqləyib. Qəza zamanı helikopter ekipajı tibbi evakuasiya missiyasını yerinə yetirirdi. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Chosen
3
6
bakuinfo.net

7Sources