EN

AZAL xarici uçuşlarda qiyməti endirdi - 29% UCUZLAŞMA! - ALIŞ ÜÇÜN VAXT MƏHDUDDUR

Azərbaycanın milli aviadaşıyıcısı AZAL şirkəti 29 sentyabr tarixində qeyd olunan Turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir.

FED.az xəbər verir ki, “TURİST OLMAĞIN VAXTIDIR!” şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.

“AZAL Miles”ın genişmiqyaslı yenilənməsi: sərnişinlər üçün daha çox onlayn imkanlar

Sərnişinlər AZAL-ın bütün müntəzəm beynəlxalq istiqamətləri üzrə 29% endirim əldə etmək üçün aviaşirkətin rəsmi saytında və mobil tətbiqində “TOURIST29” promokodundan yararlana bilərlər. Endirim yalnız ekonom sinif tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

Kampaniya müddəti: 29-30 sentyabr 2024-cü il

Uçuş tarixləri: 1 oktyabr – 25 dekabr 2024-cü il

Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. AZAL-ın mobil tətbiqini yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

AZAL sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Bu təklifdən yararlanın və aviabiletləri daha sərfəli qiymətlərlə əldə edin!

Chosen
5763
33
fed.az

10Sources