EN

Pyaniç ÇSKA-da ilk məşqinə çıxıb - FOTOLAR

Bu gün bosniyalı yarımmüdafiəçi Miralem Pyaniç ÇSKA klubunda ilk məşqini keçirib.

90deqiqe.Az xəbər verir ki, ilk məşqdən fotoları ordu komandasının mətbuat xidməti yayıb.

“Barselona” və “Yuventus”da çıxış edən 34 yaşlı futbolçu bu həftə paytaxt klubu ilə daha bir il uzatma şərti ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.

Xatırladaq ki, Pyaniç 15 nömrə geyinəcək. O, Rusiya Premyer Liqasının onuncu turunun “Axmat Qroznı” ilə oyununda iştirak etsə də, hələlik iştirak ərizəsinə daxil edilməyib və avtoqraf sessiyası keçirib.

Chosen
21
90deqiqe.az

1Sources