EN

Mişustin Tehrana gedir

Rusiyanın baş naziri Mixail Mişustin sentyabrın 30-da Tehrana səfər edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.

O, Tehranda İran prezidenti Məsud Pezeşkian və ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə görüşəcək.

Görüşdə Rusiya-İran əməkdaşlığının bütün aspektləri, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin müzakirə edilməsi planlaşdırılır.

"Nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək", - açıqlamada bildirilir.

"Cebheinfo.az"

Chosen
10
14
cebheinfo.az

10Sources