EN

Mask Trampı demokratiyanın xilaskarı adlandırıb

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-ın keçmiş lideri və qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampı demokratiyanı xilas edə biləcək yeganə şəxs adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.Mask həmçinin təklif edib ki, Tramp uduzsa, qarşıdan gələn prezidentlik yarışı sonuncu yarış ola bilər.“Çox az amerikalı başa düşür ki, Tramp seçilməsə, bu, sonuncu seçki olacaq”, – Mask yazıb.Onun sözlərinə görə, Demokratların namizədi Kamala Harris seçkidə qalib gəlsə, o zaman miqrantların səslərinin köməyi ilə onun partiyası liderliyi ələ keçirəcək. Maskın sözlərinə görə, bu halda ABŞ-da yeganə seçkilər demokratların praymerizləri olacaq.O, əvvəllər ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin onu fikirləri ilə, yəni demokrat olmadığına görə cəzalandırması fikri ilə razılaşıb.Yeganə

Chosen
18
3
elchi.az

9Sources