EN

Premyer Liqa: “Tottenhem” səfərdə “Mançester Yunayted”i üç cavabsız qolla məğlub edib

Premyer

Bakı, 29 sentyabr, AZƏRTAC

İngiltərə Premyer Liqasında VI turun mərkəzi görüşü baş tutub.

AZƏRTAC xəbər verir ki, prinsipial oyunda "Mançester Yunayted" və "Tottenhem" komandaları üz-üzə gəlib. Matç London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Brennan Conson, Deyan Kulusevski və Dominik Solanke vurublar.

Bu nəticədən sonra xallarını 10-a çatdıran "Tottenhem" 8-ci pilləyə yüksəlib. "Mançester Yunayted" isə 7 xalla 12-ci yerdə qalıb. Turnir cədvəlinə 15 xalla "Liverpul" başçılıq edir.

Chosen
15
5
azertag.az

7Sources