EN

Sumqayıtda yataqxanada partlayış olub

Sumqayıtda yataqxanada baş verən partlayışdan sonra yanğın başlayıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sakinlər binadan təxliyə edilib.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir.

Fakt araşdırılır.

Chosen
9
11
qafqazinfo.az

10Sources