EN

Vətən müharibəsi iştirakçısı mayor vəfat edib - FOTO

Vətən müharibəsi iştirakçısı, mayor Rəhimov Cəlal Adıböyük oğlu bu gün vəfat edib.

Ucnoqta.az xəbər verir ki, mayor Cəlal Rəhimov ürəktutmadan dünyasını dəyişib.

C. Rəhimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi 2005-ci ildə başa vurub. 

Artilleriya komandiri olan mayor C .Rəhimov Vətən müharibəsində Füzuli, Xocavənd, Tuğ, Şuşa uğrunda qəhrəmancasına döyüşüb.

Göstərdiyi şücaət və igidliklərinə görə çoxsaylı medallarla təltif olunub.

Qeyd edək ki, o, müharibədən sonra N saylı hərbi hissədə Artileriya divizionunun komandiri olub.

Bir il idi ki, ehtiyata buraxılmışdı.

O, doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Chosen
16
ucnoqta.az

1Sources