EN

İran parlamenti qapalı iclasda İsraildən qisas almağın yollarını müzakirə edib


İran parlamenti Beyrutda “Hizbullah” lideri Seyid Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsini müzakirə etmək üçün qapalı iclas keçirib.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadən xəbər verir ki, görüş zamanı iranlı deputatlar regiondakı son hadisələri müzakirə ediblər. İran parlamentinin deputatı Əhməd Naderi “Mehr”ə bildirib ki, Nəsrullah və bir neçə başqa hərəkat komandirinin öldürülməsi ilə bağlı şəraitin araşdırılması üçün bu gün parlamentin qapalı iclası keçirilib.
O, əlavə edib ki, görüş zamanı deputatlar İsraildən necə qisas almaq barədə təkliflər veriblər.
İran parlamentinin İranın Ali Milli Təhlükəsizlik Şurasına təkliflər təqdim edəcəyini bildirən Əhməd Naderi qeyd edib ki, Ali Milli Təhlükəsizlik Şurası İsrailin cinayətlərinə qarşı ən yaxşı cavab tədbirini müzakirə edəcək.
Qeyd edək ki, şənbə günü İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası da Livandakı hadisələrlə bağlı iclas keçirib.
Chosen
13
3
yeniavaz.com

5Sources