Ukrayna ordusu Rusiyanın Volqoqrad vilayətindəki raket anbarına zərbələr endirib.BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. “Sentyabrın 29-də aparılan birgə əməliyyat nəticəsində Volqoqrad vilayətinin Kotluban qəsəbəsində yerləşən raket və sursatların saxlanıldığı anbar məhv edilib”, - məlumatda qeyd olunub. Bildirilib ki, hücumda Ukrayna istehsalı olan müxtəlif tipli 120 ədəd kamikadze drondan istifadə olunub.