EN

Nepalda daşqınlar: ölənlərin sayı 100-ü keçdi

Nepalın paytaxtı Katmandu və ətraf ərazilərə yağan güclü yağışlar nəticəsində azı ölənlərin sayı 100-ü keçib.

Publika.az xəbər verir ki, yağışlar və onların səbəb olduğu daşqınlarda 112 nəfər ölüb, daha 70 nəfər itkin düşüb.

Nepalın paytaxtı son 24 saat ərzində 1970-ci ildən indiyədək ən yüksək yağıntını qeydə alıb. Himalay Dövlət Meteorologiya Mərkəzinin məlumatına görə, Katmanduya orta hesabla 240 mm, bəzi bölgələrdə isə 322 mm yağıntı düşüb.

Chosen
7
16
publika.az

10Sources