İsrailin Beyruta etdiyi hücum zamanı İran generalı da ölüb
Beyrutda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – İran Silahlı Qüvvələrinin elit bölmələri) komandir müavini general-mayor Abbas Nilforuşanın öldürülməsinə görə İsrail cavab verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin SEPAH komandiri general-leytenant Hüseyn Səlamiyə başsağlığı məktubunda deyilir.
“Təcavüzkar sionist rejimin (İsraili nəzərdə tutur – red.) bu dəhşətli cinayəti heç vaxt cavabsız qalmayacaq. XİN cinayətkarları və onların tərəfdarlarını məsuliyyətə cəlb etmək üçün bütün siyasi, diplomatik, hüquqi və beynəlxalq imkanlardan istifadə edəcək”, - məktubda qeyd olunur.
Xatırladaq ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələrinin Beyrutun cənubuna endirdiyi hava zərbələri nəticəsində Livanın şiə “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah öldürülüb. Hərəkat liderinin ölümünü təsdiqləyib və İsraillə qarşıdurmanı davam etdirəcəyini bəyan edib.