AZ

İsrailin Beyruta etdiyi hücum zamanı İran generalı da ölüb


Beyrutda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – İran Silahlı Qüvvələrinin elit bölmələri) komandir müavini general-mayor Abbas Nilforuşanın öldürülməsinə görə İsrail cavab verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin SEPAH komandiri general-leytenant Hüseyn Səlamiyə başsağlığı məktubunda deyilir.
“Təcavüzkar sionist rejimin (İsraili nəzərdə tutur – red.) bu dəhşətli cinayəti heç vaxt cavabsız qalmayacaq. XİN cinayətkarları və onların tərəfdarlarını məsuliyyətə cəlb etmək üçün bütün siyasi, diplomatik, hüquqi və beynəlxalq imkanlardan istifadə edəcək”, - məktubda qeyd olunur.
Xatırladaq ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələrinin Beyrutun cənubuna endirdiyi hava zərbələri nəticəsində Livanın şiə “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah öldürülüb. Hərəkat liderinin ölümünü təsdiqləyib və İsraillə qarşıdurmanı davam etdirəcəyini bəyan edib.
Seçilən
23
22
yeniavaz.com

10Mənbələr