EN

Bakıda mebel və taxta materialları sexindəki yanğın tam söndürülüb

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən tam söndürülüb.

 

Senzor.az bildirir ki, bu barədə FHN məlumat yayıb.

 

Qeyd olunub ki, yanğından mühafizə bölmələrinin peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək ətrafdakı tikililərə, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.

**17:19 

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğının qarşısı alınıb.

 

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

**16:06


Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində istehsalat müəssisəsi yanır.

 

Senzor.az bildirir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə birqadası cəlb olunub.

 

Yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.






Chosen
6
15
senzor.az

10Sources