EN

"Neftçi" qələbəyə həsrət gedir

"Neftçi" Azərbaycan Premyer Liqasının VIII turunda da qələbə qazana bilməyib.

Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.

Qeyd edək ki, günün ilk matçında "Zirə" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.


Chosen
13
1
sportnet.az

10Sources