AZ

“Neftçi” yenə də qələbəyə həsrət qaldı - Video

Azərbaycan Premyer Liqasında 8-ci tur çərçivəsində növbəti oyun baş tutub.  

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla da “Neftçi” artıq 8 oyundur ki, qələbəsizlik seriyasını davam etdirir.

Qonaqların heyətində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.

Azərbaycan Premyer Liqası
8-ci tur
28 sentyabr

“Neftçi” - “Sumqayıt” 1:1

Qeyd edək ki, günün ilk matçında “Zirə” “Kəpəz”i üç cavabsız qolla üstələyib. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.

Seçilən
1
1
qafqazinfo.az

10Mənbələr