EN

X Vüqar Həşimov Memorialının qalibi bəlli olub

Şuşada təşkil olunan şahmat üzrə X Vüqar Həşimov Memorialı başa çatıb.

İdman.biz xəbər verir ki, Yan Nepomnyaşi (Rusiya) qalib olub.

Turnirin ilk iki günündə şahmatçılar rapiddə qüvvələrini sınayıblar. Bu gün isə blitsdə partiyalar keçirilib. Rapiddə liderliyi ələ keçirən rusiyalı şahmatçı üstünlüyünü sonadək qoruyub. Toplamda 19 xal Nepomnyaşi çempion tituluna yiyələnib.

Özbəkistanlı Nodibrek Abdusattorov ikinci, Şəhriyar Məmmədyarov isə 3-cü yeri tutub.

Turnir cədvəli: Nepomnyaşi - 19 xal, Abdusattorov - 18, Məmmədyarov - 16, Artemyev - 14,5, Süleymanlı - 13,5, Çitambaram - 13, Məmmədov, Rapport - 9.

İdman.biz

Chosen
19
1
idman.biz

2Sources