EN

Premyer Liqa: “Kəpəz”ə ardıcıl 8-ci məğlubiyyəti “Zirə” yaşatdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Zirədə baş tutub.

Burada “Zirə” çempionatın aşkar autsayderinə çevrilmiş “Kəpəz”i qəbul edib. “Zirə” doğma meydanda növbəti qələbəsini qazanmaqla liderlər qrupundakı mövqeyini qorumaq istəyirdi. Bu mövsüm nəinki qələbəyə, hətta xala da həsrət olan “Kəpəz” isə uğursuz gedişata son qoymaq arzusundaydı.

“Zirə” ilə “Kəpəz” bunadək 20 oyunda qarşılaşmışdılar. Bu görüşlərdə qəsəbə təmsilçisi 9, Gəncə klubu cəmi 3 qələbə qazanmışdı, 8 görüşdə qalib müəyyənləşməmişdi. “Kəpəz” son 12 matçda bu rəqibi üzərində qələbə qazanmamışdı. “Zirə” bütün ev görüşlərində qol vurmuş və xal qazanmışdı.

Ənənə bu dəfə fə davam edib. Rəşad Sadıqovun komandası doğma meydanda autsayderə 3 cavabsız qolla qalib gəlib. Bu, Gəncə təmsilçisinin ardıcıl 8-ci məğlubiyyətidir. Ötən mövsümü də nəzərə alsaq, “Kəpəz” ardıcıl 11 oyundur meydanı məğlubiyyətlə tərk edir.

Premyer Liqa
8-ci tur
28 sentyabr

“Zirə” – “Kəpəz” 3:0
Qollar: Ceyhun Nuriyev, 42. Rüstəm Əhmədzadə, 51. Davit Volkov, 57.
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 18. Martins Junior, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.

Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Suleymanov, 5. Rauf Hüseynli, 26. Valdemra Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 19. Lassana Ndiaye.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov ,2. İlkin Qırtımov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 28. Redon Mihana, 10. Kərim Lkuça, 77. Viktor Braqa.
Baş məşqçi: Azər Bağırov.

Chosen
2
31
arena.az

10Sources