AZ

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la da bacarmadı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Neftçi” ilə “Sumqayıt” arasında baş tutub.

Son oyunlarında xala həsrət qalan bu komandaların dueli maraqla gözlənilirdi. Xüsusilə hələ də qələbə qazana bilməmiş “Neftçi”nin bu sindroma “Sumqayıt”la oyunda son verib-verməyəcəyi sual doğururdu.

Bu, “Neftçi” ilə “Sumqayıt”ın Premyer Liqada 48-ci görüşü idi. Əvvəlki 47 oyunda paytaxt klubu 23, Sumqayıt təmsilçisi 14 qələbə qazanmışdı. 10 oyun da bərabərliklə bitmişdi.

Elə bu görüşdə də heç-heçə qeydə alınıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Nəticədə “Neftçi”nin qələbə həsrəti 8 oyuna çatıb.

Premyer Liqa
8-ci tur

28 sentyabr

“Neftçi” – “Sumqayıt” 1:1
Qollar: Yuri Matias, 76 – Cordan Rezabala, 70.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”, 19:30.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev (k), 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 9. Andre Şinyaşiki, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Roman Qriqorçuk.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 9. Nikola Vuynoviç, 99. Silvanus Nimeli, 5. Alan Dias, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 94. Rəşad Əzizli, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 18. Kristian Velinovski.
Baş məşqçi: Samir Abasov.

Seçilən
2
2
arena.az

10Mənbələr