EN

Həsən Nəsrullahı o əvəz edəcək?

Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahı Seyid Haşim Səfiuddinin əvəz edəcəyi gözlənilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti bildirib.

Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. "Hizbullah"ın yüksək vəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən qohumudur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, "Hizbullah"ın "ikinci nömrəsi" hesab olunur.

2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb.

Livana geri çağırılana qədər Haşim Səfiuddin Nəcəf (İraq) və Qumda (İran) Nəsrullahla ilahiyyat təhsili alıb. 1995-ci ildə o, hərəkatın ən yüksək qurumu olan "Məclis əş-Şura"ya (Məşvərət Məclisi) təyin edilib. Haşim Səfiuddin "Cihad Şurası"nın rəhbəri təyin olunub.

O, "Hizbullah"ın üç əsas liderindən biridir - digər ikisi İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Qasimdir. 2006-cı ildə baş katib vəzifəsinə Həsən Nəsrullahın mümkün varisi kimi onun namizədliyi göstərilib.

2020-ci ilin iyun ayında oğlu Seyid Rza Haşim Səfiuddin keçmiş Qüds Qüvvələri komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
5
24
milli.az

10Sources