EN

“Qlobal İnnovasiya İndeksi - 2024” dərc olunub

Bakı. Trend:

BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən17-ci Qlobal İnnovasiya İndeksi (Qİİ) dərc edilib.

Trend xəbərverir ki, Azərbaycan BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı(ÜƏMT) tərəfindən hazırlanan 17-ci "Qlobal İnnovasiya İndeksi -2024"də (Qİİ) mövqeyini yaxşılaşdırıb.

133 iqtisadiyyatı əhatə edən İndeks innovasiya fəaliyyətininpotensialı, səmərəliliyi və çərçivə şərtlərini əhatə edən təxminən80 indikator əsasında tərtib olunub. Təhlil edilən indikatorlarqanunvericilik, elm və təhsil, bazar, biznes, infrastruktur və s.məsələlərin inkişaf göstəricilərini əhatə edir.

Qİİ 2024 reytinqi innovasiya fəaliyyətinin iki əsas –“innovasiya resursları” (innovation inputs) və “innovasiyanəticələri” (innovation outputs) alt indeksinlərinə daxil olan 7indikatordan ibarətdir.

“İnnovasiya resursları” (institutlar, insan kapitalı və elm,infrastruktur, bazarın inkişafı və biznesin inkişafı) və“innovasiya nəticələri" alt indeksləri (bilik və texnologiyalarınyayılması, kreativ fəaliyyətin nəticələri) ölkələriniqtisadiyyatlarının innovativ elementlərini və innovasiyafəaliyyətinin faktiki nəticələrini əks etdirir.

Qİİ 2024-ün lideri İsveçrədir. İndeks üzrə ilk beşliyi İsveç,Amerika Birləşmiş Ştatları, Sinqapur və Böyük Britaniya tamamlayır.İlk onluqda növbəti yerlərdə Koreya, Finlandiya, Niderland,Almaniya və Danimarka qərarlaşıb. Çin reytinqdə 11-ci yeritutur.

Qİİ 2024-də Azərbaycan 95-ci yerdədir.

İndeksin “İnstitutlar” indikatoru üzrə ölkəmizhökumətin effektivliyi, tənzimləmə keyfiyyəti və siyasi sabitliyinqiymətləndirildiyi göstəricilər üzrə 51-ci yerdədir.

“Biznes mühiti” alt indikatorunda ölkəmizin 2 pillə irəliləməsi(15-ci yer) Azərbaycanda innovasiyalar və biznesin inkişafı üçünəlverişli mühitin olduğunun göstəricisidir. Azərbaycan bir çoxregion dövlətlərini qabaqlayaraq “biznes siyasətinin sabitliyi”alt-indikatorunda da 3 pillə (19-cu yer) irəliləyib.

“Biznesin inkişafı” indikatoruna görə ölkəmiz67-ci pillədə yer alır.

Universitet-sənaye əməkdaşlığında elmi-tədqiqat və inkişaf(30-cu yer), klaster inkişafı (29-cu yer) göstəriciləri üzrəölkəmiz Cənubi Qafqazda liderdir. Bu göstəricilər elmi və özəlsektor arasında güclü qarşılıqlı əlaqəni əks etdirir ki, bu datədqiqat və innovasiyaların stimullaşdırılması üçün vacibdir.Hökumət sənaye klasterlərinin yaradılmasını və Azərbaycanın 2030-cuilədək olan gündəliyinin əsas elementi olan elmi-tədqiqat vəinkişaf əməkdaşlığını təşviq edir.

Hesabatdan göründüyü kimi ölkəmizdə həyata keçirilən islahatlarbiznes və investisiya mühitinə müsbət təsir göstərib.

  • “Bilik və texnoloji nəticələr” indikatoru üzrəpatent alt indikatorunda (50-ci yer) irəliləyib. Qİİ ekspertlərininfikrincə, innovasiya fəaliyyətinin bu mühüm göstəricisi üzrə 13pillə irəliləyiş əldə olunub. Bu nəticə Cənubi Qafqaz regionunda ənyüksək göstəricidir. Bundan əlavə, Azərbaycan Patent ƏməkdaşlığıMüqaviləsi (PCT) vasitəsilə təqdim edilən patentlərin sayına görəkeçən illə müqayisədə 15 pillə irəliləyərək 72-ci, faydalı modelpatentlərinin sayına görə isə 49-cu yerdə qərarlaşıb.

“Əmək məhsuldarlığının artımı” alt indikatorunda Azərbaycan 34pillə yüksələrək 28-ci yerdə qərarlaşıb. Bu, sənaye və istehsalatdaqabaqcıl texnologiyaların tətbiqi, əqli əməyin inkişafı, işçilərinixtisasının artırılması və digər bu kimi tədbirlər sayəsində mümkünolmuşdur.

Azərbaycan həmçinin “Yaradıcı fəaliyyətin nəticələri”indikatorunun əmtəə nişanı alt indikatorunda 17 pillə irəliləyərək49-cu yeri tutub. Bu göstəriciyə görə ölkəmiz regionun bir çoxölkələrini qabaqlayır.

“İnsan kapitalı və elm” indikatoruna görəAzərbaycan 94-cü yerdə olsa da, təhsildə, xüsusən də tələbə-müəllimnisbəti (20-ci yer) və təhsilə dövlət sərmayəsi (53-cü yer) üzrəəhəmiyyətli dərəcədə irəliləyiş əldə olunub. Üstəlik, Azərbaycanelm və mühəndislik ixtisası üzrə məzunların sayına görə 45-ciyerdədir. Bu irəli mövqe, xüsusilə texnologiya, tədqiqat vəmühəndislik kimi sektorlarda innovasiyaları idarə etmək üçün lazımolan güclü texniki istedad bazasını göstərir. Azərbaycanın tədqiqatvə inkişafa yönələn korporativ investorların sayında irəli yertutması (41-ci yer) tədqiqat və inkişafa yatırılan korporativsərmayənin ölkənin innovasiya ekosisteminin mühüm hissəsinəçevrildiyini göstərir.

Təhsil sektorunda aparılan islahatlar və insan kapitalınainvestisiyalar artıq öz müsbət nəticələrini verir. Bununla belə,təhsil və sənaye arasında əməkdaşlıq daha dagücləndirilməlidir.

İndeksin “Yaradıcı fəaliyyətin nəticələri”, “İnfrastruktur” və“Bazarın inkişafı” indikatorları üzrə ümumi göstəricilərlə bağlıQİİ ekspertləri hesab edir ki, ölkəyə kapitalının cəlb edilməsi,yüksək texnologiya ixracının artırılması və özəl sektorun kreditəəlçatanlığının artırılması məsələləri diqqət mərkəzindəsaxlanmalıdır. İndeksdə göstərilir ki, ölkəmizdə biznes mühitiyaxşılaşır və güclü innovasiya bazası yaradılır. Bu fondastartaplar və yüksək texnologiyalı sektorlar üçün maliyyələşdirməmexanizmlərinin tətbiqi, kommersiyalaşdırma və texnologiyatransferinin artırılması, tədqiqatları iqtisadi nəticələrə çevirənmexanizmlərin gücləndirilməsi, rəqəmsal infrastruktur, yüksəktexnologiyalı sənaye və innovasiyaların dəstəklənməsinin davametdirilməsi aktuallaşır.

Chosen
6
7
az.trend.az

8Sources