EN

Azərbaycan klubu daha bir ABŞ-li oyunçu ilə anlaşdı

"Lənkəran" klubu heyətini ABŞ-dən olan daha bir basketbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb. Klub Andre Bolla ilə anlaşıb. 24 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. O, daha əvvəl ölkəsində "Cal State Dominguez Hills" və "Pepperdine University"nin şərəfini qoruyub. Qeyd edək ki, bu "Lənkəran"nın sayca 6-cı amerikalı basketbolçusu olub. Komanda buna qədər Filmon Gebriyhit, Emanuel Littls, Maykl Rocers, Gregorey Milton və Ceremi Berraytı heyətinə qatıb.    

Chosen
3
8
matc.az

10Sources