EN

Separatçıların keçmiş müdafiə nazirinin türmədə səhhəti pisləşdi

Qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) keçmiş müdafiə naziri, hazırda Rusiya koloniyasında cəza çəkən İqor Strelkovun (Qirkin) səhhətində ciddi problemlər yaranıb.

Bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, 53 yaşlı separatçı ürəyindəki ağrılardan şikayətlənib.

Xatırladaq ki, İqor Strelkov təqaüddə olan Rusiya hərbçisi və Federal Təhlükəsizlik Xidmətinin zabitidir. 2014-cü ildə o, "DXR"in ilk müdafiə naziri olub. 2022-ci ilin noyabrında Haaqa məhkəməsi Strelkovu 2014-cü ilin yayında Donetsk vilayətində Malayziyaya məxsus Boeing 777 təyyarəsinin vurulmasında günahkarlardan biri kimi tanıyıb. O, qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. Ukraynada xüsusi əməliyyat başlayandan sonra o, Rusiya Müdafiə Nazirliyinin və ölkə rəhbərliyinin fəaliyyətini mütəmadi olaraq tənqid edib. Strelkov 2023-cü iyulun 21-də saxlanılıb və ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci (“Ekstremist fəaliyyətə açıq çağırışlar”) maddəsi ilə cinayət işi açılıb.

Strelkov cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.


Tural

Chosen
5
7
news365.az

8Sources