EN

Azərbaycan klubu ABŞ-dan olan daha bir basketbolçu ilə anlaşıb

“Lənkəran” klubu heyətini ABŞ-dan olan daha bir basketbolçu ilə gücləndirib.Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.Klub Andre Bolla ilə anlaşıb. 24 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. O, daha əvvəl ölkəsində “Cal State Dominguez Hills” və “Pepperdine University”nin şərəfini qoruyub.Bu “Lənkəran”nın sayca 6-cı amerikalı basketbolçusu olub. Komanda buna qədər Filmon Gebriyhit, Emanuel Littls, Maykl Rocers, Gregorey Milton və Ceremi Berraytı heyətinə qatıb.

Chosen
9
8
komanda.az

10Sources