Bakı, 28 sentyabr, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında VIII turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Neftçi” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Saat 19:30-da start götürəcək görüşü Cavid Cəlilov idarə edəcək.Hələlik qələbəsi olmayan “ağ-qaralar” 4 xalla 9-cu, “kimyaçılar” isə 6 xalla 7-ci sıradadır.
Günün ikinci oyununda “Zirə” “Kəpəz”i sınağa çəkəcək. 17:00-da başlayacaq matçın referisi Rauf Cabarov olacaq. “Zirə” 12 xalla 5-ci, xalı olmayan “Kəpəz” isə sonuncu – 10-cu sırada qərarlaşıb.
Misli Premyer Liqası
VIII tur
17:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu
19:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Neftçi Arena”
Qeyd edək ki, ötən gün turun açılış oyununda "Araz-Naxçıvan" "Səbail"i məğlub edib – 3:2.