EN

Azərbaycanlı bloger özünə 350 minlik maşın aldı - Video

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov özünə daha bir bahalı avtomobil alıb.
Kult.az Olay.az-a istinadən xəbər verir ki, bununla bağlı Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb. H.Həsənov “Tesla”nın nəhəng və komfortu ilə seçilən “Cybertruck” model avtomobilinə baxış keçirib və bu nəqliyyat vasitəsini aldığını bildirib. Həmin avtomobilin qiyməti isə 350 min manat civarında dəyişir. Bloger növbəti paylaşımında izləyicilərinə səslənərək onlardan bu maşını digər şəxsi qarajını bəzəyən lüks avtomobilləri ilə kimi qırmızı rəngə boyatdırıb boyatdırmamağı sual-cavab edib.

Xatırladaq ki, Hüseyn Həsənovun şəxsi qarajında “Lamborcini Urus”(548 min manat), “Rolls-Roys Cullinan” (685 min manat), “Lamborcini Aventador” (550 min manat), “Mersedes-AMG G63” (822 min manat) modellərində olan avtomobilləri var. Bloger qırmızı rəngi sevdiyindən adıçəkilən lüks avtomobilləri qırmızıya boyadıb. Onun Dubaydan aldığı sonuncu “Buqatti Çiron Super Sport” avtomobilinin qiyməti isə 3.8 milyon avrodur (təxminən 6.8 milyon manat).

Chosen
7
26
buta.tv

10Sources