EN

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Niderlandın xarici işlər naziri Kaspar Veldkamp ilə görüşüb.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, nazirlər münaqişədən sonrakı regional reallıqlara, Azərbaycanın yenidənqurma və sülh səyləri qarşısında duran çağırışlara diqqət yetiriblər.

Görüşdə mina təhlükəsi, o cümlədən Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi, İrəvanın sürətlə hərbiləşdirilməsi müzakirə edilib.

Chosen
7
7
qaziler.az

8Sources