EN

Artetadan futbolçusuna maraqlı cəza - Video

İngiltərənin “Arsenal” klubunun futbolçusu Leandro Trossar baş məşqçi Mikel Arteta tərəfindən cəzalandırılıb.

“Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki, o, ötən həftə Premyer Liqanın V turu çərçivəsində “Mançester Siti” ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün yüngül cəzaya məruz qalıb.

Belçikalı oyunçu məşq üçün klubun bazasına gələrkən Artetanın istəyi ilə içki qutularını daşıyıb.

Qeyd edək ki, “Mançester Siti” – “Arsenal” görüşü 2:2 hesabı ilə başa çatıb.



Chosen
10
2
qafqazinfo.az

3Sources