Özlərini Hollivud ulduzu Bred Pitt kimi təqdim edən şəxslər iki qadını aldadıblar. Məşhur aktyorla danışdıqlarını zənn edən qadınlar fırıldaqçılara təxminən 362 min dollar verib.   Manset.az- CNN-ə istinadən xəbər verir ki, İspaniya polisi qadınları aldadan 5 nəfəri həbs edib. 5 nəfərin dələduzluğa görə həbs edildiyi elan edildikdən sonra Bred Pitt pərəstişkarlarına "sosial media hesabı olmadığını" xatırlatmaq məcburiyyətində qalıb. "Fırıldaqçıların fanatların məşhurlarla güclü əlaqələrindən istifadə etməyə çalışması dəhşətlidir", - deyə açıqlama verilib.