EN

“Vüqar Həşimov Memorialı”nda ikinci gün

Bu gün Şuşada təşkil edilən şahmat üzrə “Vüqar Həşimov Memorialı”nda ikinci yarış gününə start verilib.

Futbolpress.az xəbər verir ki, rapid turnirində 4-cü turdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, rapid mübarizəsi bu gün sona çatacaq. Sabah şahmatçılar blitsdə yarışacaq.

Chosen
8
1
futbolpress.az

3Sources