EN

Yığmamız Ermənistanı məğlub etdi

Azərbaycanın çimərlik voleybolçuları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Ermənistan təmsilçilərini məğlub ediblər.

Prosport.Az xəbər verir ki, kişilərdən ibarət komandamız hər iki setdə çətinlik çəkmədən qalib gəlib.

Heydər Məmmədli - Nəriman Bayramlı cütlüyü 2:0 (21:15, 21:13) hesablı zəfəri bayram edib.

Qeyd edək ki, Azərbaycan komandasının növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.

Chosen
3
5
prosport.az

6Sources