AZ

Millimiz Ermənistanı məğlub etdi

Azərbaycanın çimərlik voleybolçuları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Ermənistan təmsilçilərini məğlub ediblər.

Azərbaycan Voleybol Federasiyasından Msport.az-a verilən məlumata görə, kişilərdən ibarət komandamız hər iki setdə çətinlik çəkmədən qalib gəlib.

Heydər Məmmədli – Nəriman Bayramlı cütlüyü 2:0 (21:15, 21:13) hesablı zəfəri bayram edib.

Qeyd edək ki, Azərbaycan komandasının növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.

Seçilən
2
5
msport.az

6Mənbələr