EN

Bu il azad edilmiş torpaqlara nə qədər vəsait xərclənəcək? — Nazir açıqladı

İşğaldan azad edilmiş ərazilərə bu günə qədər 17,5 milyard manata yaxın vəsait xərclənib.



İctimaimedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.



Nazir bildirib ki, bu ilin sonuna qədər bu rəqəmin 19 milyard manata çatdırılması nəzərdə tutulur.



«Bu, icraçı təşkilatların işindən asılı olacaq. Prinsip etibarilə işlər gedir. Dövlət büdcəsindən vəsaitlər ayrılır. Böyük Qayıdış ölkəmizin böyük xərc pioritetlərindən biridir. Bu istiqamətdə tədbirlər görülür”, — deyə o qeyd edib.Trend

Chosen
4
10
ictimaimedia.az

10Sources