EN

Həbsdə olan Teylor Fətişoğlunun oğlu da saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hazırda həbsdə olan Teylor İbrahimovun (Fətişoğlu) oğlu Ayxan İbrahimli həbs edilib.
"Qafqazinfo" xəbər verir ki, A.İbrahimli ötən gecə paytaxtın Xətai rayonu ərazisində Bilal Əzizov adlı şəxsi bıçaqlamaqda şübhəli bilinir.
İlkin məlumata görə, hadisə münaqişə zəminində baş verib. O, tanışına bıçaqla iki zərbə endirib. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə iş açılıb. A.İbrahimli saxlanılıb.
Xatırladaq ki, sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş Teylor Fətişoğlu ötən il həbs edilib. Əvvəllər də məhkumluğu olan jurnalist dələduzluqda təqsirli bilinib.
Chosen
6
50
oxu.az

10Sources