EN

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbul edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. 

"Gununsesi.info" xəbər verir ki, həmin vətəndaşlar içərisində Qarabağ Müharibəsi qazisi, erməni əsirliyində olmuş Abbasov Şirin Tarış oğlu və onun həyat yoldaşı da olub. Həmin şəxslər vəkil tərəfindən aldadılaraq pullarının ələ keçirildiyini nazirin diqqətinə çatdırıblar. Nazir Vilayət Eyvazov onlar tərəfindən vəkildən edilmiş şikayətin şəxsən nəzarətə götürüldüyünü və məsələnin ciddi şəkildə araşdırılaraq qanunamüvafiq tədbirlər görüləcəyini bildirib.

Qeyd edək ki, Şirin Abbasov və həyat yoldaşı bundan əvvəl Vəkillər Kollegiyasının qarşısında vəkil Adəm Məmmədov tərəfindən aldadılaraq külli miqdarda pullarının ələ keçirildiyini bildirib, mətbuat vasitəsilə ölkə rəhbərliyinə  müraciət edərək kömək istəyiblər. Bundan başqa Şirin Abbasovun şikayəti əsasında Binəqədi RPİ-də fakta görə cinayət işi başlanılıb. Həmçinin Şirin Abbasov dələduzluq yolu ilə ələ keçirilən pulunun qaytarılması ilə bağlı bütün hüquqi vasitələrdən istifadə edəcəyini bildirib.

Chosen
5
1
azpolitika.info

4Sources