EN

Misli Premyer Liqası: VIII tura bir oyunla start veriləcək

Misli

Bakı, 27 sentyabr, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında VIII tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Açılış matçında “Araz-Naxçıvan” Sumqayıtdakı “Kapital Bank Arena”da “Səbail”i qəbul edəcək. 19:00-da başlayacaq oyunu Rauf Allahverdiyev idarə edəcək.

Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 13 xalla 4-cü, Bakı klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 28-29-da oynanılacaq.

 

Chosen
8
1
azertag.az

10Sources