AZ

Premyer Liqa: "Araz-Naxçıvan" "Səbail"ə qarşı

Bu gün Misli Premyer Liqasında VIII tura start veriləcək.

Sportnet.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Açılış matçında “Araz-Naxçıvan” Sumqayıtdakı “Kapital Bank Arena”da “Səbail”i qəbul edəcək. 19:00-da başlayacaq oyunu Rauf Allahverdiyev idarə edəcək.

Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 13 xalla 4-cü, Bakı klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 28-29-da oynanılacaq.


Seçilən
7
9
sportnet.az

10Mənbələr