EN

İkinci Qarabağ müharibəsi: Azərbaycanda Anım Günü qeyd edilir

Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından dörd il ötür. 44 günlük müharibədən sonra Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad edib, Şuşaya bayrağını sancıb, ərazi bütövlüyünü və suverenliyini təmin edib.

İkinci Qarabağ Müharibəsinin başlaması günü Anım Günü və Şuşanın işğaldan azad edildiyi gün Zəfər günü kimi təsis edilib.

İkinci Qarabağ müharibəsi necə başladı? Azərbaycanlı və erməni döyüşçülər, ailələr danışır-BBC Azərbaycancanın sənədli filmi

Azərbaycan və Ermənistan sülh sazişinə əngəllər nədir? ABŞ Kəşfiyyatı: Zəngəzur dəhlizi uğrunda müharibə ola bilərAzərbaycanla Ermənistan bir-birini müharibəyə hazırlaşmaqda ittiham edir

2020-ci ilin 27 sentyabrında Azərbaycan və Ermənistan arasında Qarabağa görə müharibə başladı.

44 günlük müharibə ərzində Azərbaycan işğal altında olan ərazisini, o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad etdi.

Noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanat nəticəsində müharibə dayandı və Qarabağa rus sülhməramlıları girdi.

İkinci Qarabağ Müharibəsində Azərbaycan 3 minə yaxın, Ermənistan 3 mindən çox hərbçisini itirib, hər iki tərəfdən minlərlə hərbçi müxtəlif yaralar alıb.

Bu müharibədə hər iki tərəfdən dinc insanlar da həlak olub və yaralanıb.

Azərbaycanın ötən ilin sentyabrında Qarabağda apardığı birgünlük hərbi əməliyyatdan sonra separatçı Dağlıq Qarabağ Respublikası təslim olduğunu və özünü buraxdığını bəyan etdi, Qarabağda yaşayan ermənilər kütləvi şəkildə oranı tərk etdi.

Bundan bir müddət sonra Rusiya sülhməramlıları da Qarabağı tərk etdi.

Azərbaycan ötən il sentyabrın 20-sində ərazi bütövlüyünün bərpa olunduğunu əsas gətirərək həmin günü Dövlət Suverenliyi Günü elan edib.

Amma sonuncu müharibənin başa çatmasından 4 il keçməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında hələ də sülh imzalanmayıb.

Tərəflər sülh sazişində nəzərdə tutulan müddəaların təxminən 80 faizinin razılaşdırıldığını deyirlər.

Rəsmilərin son açıqlamalarına görə, Yerevan sülh sazişini razılaşdırılmış müddəalar əsasında imzalanmasını istəyir, Bakı bundan imtina edərək bütün mübahisəli məsələlərin sülh sazişində razılaşdırılmasını tələb edir.

Chosen
10
bbc.com

1Sources