Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatında sui-qəsdə məruz qaldığı yerdə mitinq keçirəcək.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə siyasətçinin seçki qərargahı məlumat yayıb.
“Tramp oktyabrın 5-də Batlerə qayıdacaq və həmin yerdə mitinq keçirəcək”, - məlumatda qeyd olunub.
Çıxış “Butler Farm Show Grounds”da baş tutacaq.
Qeyd edək ki, Donald Trampın həyatına ilk cəhd iyulun 13-də seçicilər qarşısında çıxışı zamanı baş verib. Ağ Evin keçmiş rəhbərinə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülərək xəstəxanaya yerləşdirilib.
Sebtyabrın 15-də isə Florida ştatında Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Hadisə keçmiş prezidentin qolf klubunun qarşısında baş verib. Atışma zamanı Tramp xəsarət almayıb.