EN

Azərbaycanın enerji təminatçısı rolundan məmnunuq - ABŞ dövlət katibinin köməkçisi

“Azərbaycan bu il COP29-a ev sahibliyi etməklə çox əhəmiyyətli rol oynayır.

"Unikal" xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payat deyib. O, bu gün COP29-un Prezidenti Muxtar Babayevlə və Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolla görüşdüyünü deyib: “Muxtar Babayev görülən işlərlə bağlı kifayət qədər geniş və konstruktiv məlumat verdi və COP29-un həm də enerji keçidi mövzusunda birlikdə işimizi sürətləndirmək baxımından əhəmiyyətini qeyd etdi. Azərbaycan da ABŞ kimi böyük neft və qaz istehsalçısıdır. Biz karbon qazının azaldılması ilə bağlı verdiyimiz vədləri həyata keçirmək, bunu daha sürətli etmək üçün texnologiyaları müəyyənləşdirmək istiqamətində birlikdə çalışmalıyıq və Prezident İlham Əliyevin də dediyi kimi günəş, külək enerjisini genişləndirilməliyik. Bakı küləkli şəhərdir. Beləliklə, biz burada mövcud olan tərəfdaşlıq potensialından və birlikdə edə biləcəyimizi düşündüyümüz bütün imkanlardan, Azərbaycanın Türkiyə və daha sonra Avropa üçün oynadığı enerji təminatçısı rolundan məmnunuq”, - deyə Dövlət Departamenti rəsmisi bildirib.

 

Chosen
9
50
unikal.az

10Sources