AZ

Qaradağda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi - FOTOLAR

26 sentyabr 2024-cü il tarixində Qaradağ rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi yolunun 6-cı kilometrliyində, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkilləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şöbə müdirləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri və şəhid ailələrinin üzvləri iştirak edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınıb.               
  

Seçilən
6
50
unikal.az

10Mənbələr