EN

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəfat edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" agentliyə istinadən xəbər verir ki, o, dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında dünyasını dəyişib.

K.Həsənov 1961-ci ildə Saatlı rayonunda anadan olub. O, uzun illər "Azərsu" ASC-nin sədr müavini işləyib, daha sonra sədr vəzifəsini müvəqqəti icra edib.

Allah rəhmət etsin!

Chosen
4
24
operativmm.az

10Sources