Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Uçuş əməliyyatlarına hazırlıq Qaydası”nı təsdiq edib."DogruXeber.az" xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanunun 38-ci maddəsinə, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyanın 6 nömrəli Əlavəsinin I hissəsinə uyğun olaraq hazırlanıb və beynəlxalq, habelə ölkədaxili kommersiya hava daşımalarının həyata keçirilməsində istifadə edilən mülki hava gəmilərinin uçuş əməliyyatlarına hazırlığının təmin olunmasına dair qaydaları müəyyən edir.