Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb.Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X səhifəsində paylaşım edilib.Görüşdə C.Bayramov Azərbaycanın nüvə təhlükəsizliyini və onun möhkəmləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəklədiyini qeyd edərək, nüvə enerjisinin yayılmaması və dinc məqsədlərlə istifadə edilməsində MAQATE-nin təftiş sisteminin əvəzsiz rolunu vurğulayıb.Daha sonra tərəflər arasında beşillik (2024-2029-cu illər – Qeyd) MAQATE ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üçün Ölkə Proqramı Çərçivəsi sənədi imzalanıb.Qeyd edək ki, sənəd texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.