AZ

Bayramov Qrossi ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X səhifəsində paylaşım edilib. Görüşdə C.Bayramov Azərbaycanın nüvə təhlükəsizliyini və onun möhkəmləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəklədiyini qeyd edərək, nüvə enerjisinin yayılmaması və dinc məqsədlərlə istifadə edilməsində MAQATE-nin təftiş sisteminin əvəzsiz rolunu vurğulayıb. Daha sonra tərəflər arasında beşillik (2024-2029-cu illər - Qeyd) MAQATE ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üçün Ölkə Proqramı Çərçivəsi sənədi imzalanıb.

Qeyd edək ki, sənəd texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.

Seçilən
0
7
buta.tv

10Mənbələr