EN

Bayden: ABŞ Ukrayna qalib gələnə qədər öz dəstəyini davam etdirəcək

ABŞ Ukrayna qalib gələnə qədər öz dəstəyini davam etdirəcək.

Bunu ABŞ Prezidenti Cozef Bayden ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

O, bildirib ki, Rusiya NATO-nu zəiflətmək istəyirdi: “Amma indi NATO əvvəlkindən daha güclüdür”.

C.Bayden, həmçinin söyləyib ki, Yaxın Şərqdə atəşkəsin vaxtı çatıb: “Diplomatik həll yolu hələ də mümkündür. Uzunmüddətli həll üçün yeganə yol sülhdür”.

ABŞ Prezidenti onu da qeyd edib ki, Ağ Ev İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Chosen
64
50
banker.az

10Sources