EN

Azərbaycanlı jurnalist ölkəni tərk edib

Azərbaycanlı jurnalist Ülviyyə Şahin doqquz yaşlı övladı ilə birgə Azərbaycanı birdəfəlik tərk edib. O, doqquz yaşlı qızı ilə birlikdə Fransaya üz tutaraq qaçqın statusu almaq üçün Fransanın dövlət qurumlarına müraciət edib.



Jurnalistin sözlərinə görə, o Azərbaycanda müstəqil olaraq fəaliyyət göstərə bilmir.



“Həqiqətləri yazdığıma, jurnalist fəaliyyətimə görə hər dəfə övladımın həyatı ilə bağlı təhdidlər almışam. 2011-ci ildən jurnalist olaraq fəaliyyət göstərirəm. Əməkdaşlıq etdiyim beynəlxalq təşkilatların fəaliyyətinə belə Azərbaycanda son qoyulub. Azərbaycan hökuməti həmin beynəlxalq təşkilatların biri olan USAID təşkilatı ilə əməkdaşlıq edən jurnalistləri ABŞ və Qərbin maraqlarına işləyən “kadr bankı” adlandırır. ABŞ hökumətinin təqaüdü ilə təhsil alan GIPA məzunlarını isə təxribatda ittiham edir. 2021-ci ildə təqaüd qazanaraq GIPA-da Multimedia jurnalistika və Medianın Idarə edilməsi, Norveçdə isə Qlobal Jurnalistika sahəsi üzrə magistr təhsili almışam. Ölkəyə döndükdən sonra isə müstəqil olaraq fəaliyyət göstərə bilməmişəm. Ölkədə fəaliyyət göstərən bütün media qurumları isə hökumətin propaqandasını aparmaqla məşğuldur. O cür ortamda jurnalist olaraq fəaliyyət göstərmək qeyri-mümkündür.”



Ülviyyə Şahin vurğulayıb ki, hazırda Azərbaycan həbsxanalarında onlarla jurnalist var:“Həbsxanada olan jurnalistlərdən biri də mən olacaqdım, çıxış yolunu övladımla birgə ölkədən qaçmaqda gördüm”.



azerbaycansaati.tv





Share




Tweet


Share



Share

Chosen
19
azadliq.info

1Sources