EN

Azad edilən ərazilərdə ötən həftə zərərsizləşdirilən minaların sayı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb...

ANAMA-dan verilən məlumata görə, sentyabrın 16-dan 22-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, CəbrayılZəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 74, tank əleyhinə 168 mina və 491 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 968.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Poliqon.info 

Chosen
51
9
poliqon.info

10Sources