AZ

ANAMA: Sentyabr ərzində 3 min 301 partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA:

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, sentyabr ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 289, tank əleyhinə 478 mina və 3 min 301 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 6118.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Seçilən
0
31
azertag.az

10Mənbələr